İdmançının ağırlıq qaldıranda ürəyi getdi (VİDEO)
14.07.2015 1319 0.0 0

Kanadada təşkil edilən ağırlıqqaldırma yarışında kuryoz hadisə yaşanıb. 

Məlumata görə, 53 kq çəki dərəcəsində qadınlar arasında yarışan 20 yaşlı venesuelalı idmançı Genesis Rodriguez Gomez yarış zamanı qaldırdığı 106 kq-lıq ştanqın ağırlığına dözə bilməyərək özündən gedib. Tamaşaçılara gərgin anlar yaşadan idmançı sonradan özündə güc taparaq yenidən meydana dönüb.

Bir müddət sonra yarışa qoşulan idmançı ağırlığın öhdəsindən gəlməyi bacarıb. Daha sonra Genesis Rodriguez Gomez 109 kq çəkini qaldıra bilib. 

Qeyd edək ki, idmançı yaşadığı bəxtsizliyə baxmayaraq sonda yarışda gümüş medal qazanmağı bacarıb./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar