İdmançımız ermənini rinqdə belə əzişdirdi-FOTOLAR
23.03.2015 1117 0.0 0

Gürcüstanın paytaxtı Tiflisdə peşəkar kikboksinqin K-1 versiyasi üzrə dünya kuboku uğrunda döyüşlər keçirilib.

Məlumata görə,  mili komandamız yarışa 3 idmançıyla qatılıb.

Ölkəmizi 45 kq çəkidə Nicat Nəcəfzafə, 75 kq-da Nicat Vəliyev, 86-kq-da isə Xəyal Əhmədov təmsil edib. Kikboksçularımızın hər üçü döyüşlərini qələbəylə başa vurub. Xəyal Əhmədovun qələbəsi isə xüsusi qeyd olunmalıdır. Erməni kikboksuçu Qoçaryanla qarşılaşan Xəyal rəqibini bütün komponentlərdə üstələyərək parlaq qələbə qazanıb. Erməni idmançı Əhmədovun zərbələri önündə 2-ci raundun ortalarına qədər davam gətirə bilib. Ermənini nokauta salan Xəyal Əhmədov Dünya Kubokuna sahib çıxmaqla azarkeşlərinə özünəməxsus Novruz bayramı hədiyyəsi edib./qol.az/

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar