İdmançımız dünya ikincisi oldu
30.12.2021 454 0.0 0

Ukraynanın Xarkov şəhərində keçirilən şaolin döyüş sənətləri üzrə dünya çempionatında Dövlət Gömrük Komitəsinin əməkdaşı ikinci yerə layiq görülüb.

Qazeta.info DGK-ya istinadla xəbər verir ki, Çempionatda dünyanın 20 ölkəsindən mindən çox idmançı iştirak edib. 85 kq çəki dərəcəsində döyüşlərə qatılan Dövlət Gömrük Komitəsinin əməkdaşı Elşad Şükürov əvvəl Qazaxıstan idmançısı üzərində qələbə qazanıb. Daha sonra Gürcüstan nümayəndəsi ilə döyüşdən də qalib ayrılan idmançımız finalda Ukrayna təmsilçisi ilə görüşüb. Çempionatın fəxri kürsüsünü 1 xal hesabı ilə itirən Elşad Şükürov gümüş medala layiq görülüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar