İdmançı Son atışda çempionluğu rəqibindən qopardı
17.06.2015 652 0.0 0
Andrea Arsoviç lövhədə öz adını görəndə diqqəti pozulub

Dünyada №2 olan Andrea Arsoviç (SRB) Bakı 2015-də qızıl medal uğrunda 10 metrdən hava tüfəngi ilə atəş yarışlarının son atışına diqqətini cəmləməli oldu. O, xal hesabında gözlənilmədən önə keçən isveçrəli yeniyetmə Sara Hornunqun əlindən qızılı demək olar son anda ala bildi. 

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Arsoviç Bakı Atıcılıq Mərkəzində keçirilən 20 yarışmadan dörd final atışının 17-ci, 18-ci və 19-cu atışları üçün ardıcıl olaraq, Hornungun 10.5, 10.7 və 10.7 xallarına qarşı 9.8, 9.9 and 10.2 xal topladı. O, hər bir atışından öncə alqışları qəbul edir, tam sakit halda yarışa qatılırdı. 

Lakin Arsoviçin xallarındakı bu qəfil geriləmə Nankin 2014 Yeniyetmələr arasında Olimpiya Oyunlarının qalibi və böyüklər arasında dünya çempionu olan 19 yaşlı Hornunqa lazım olan 2.0 xalı qazanmaq və final atışına keçmə imkanını verdi.

Mən bu zaman hətta xallara heç baxmırdım, Qızıl medalı qazanmaq üçün nə lazım olduğunu bilmirdim, mən sadəcə başımı aşağı salıb diqqətimi cəmlədim və əlimdən gələni etdim.-Sara Hornunq

Arsoviç isə deyir ki, xalların yazıldığı lövhəni ilk dəfə görəndə, birinci yerdə olduğunu biləndən sonra diqqəti pozulub. 

Avropa Oyunları çempionu Arsoviç qızıl medal üçün gücünü toplayıb Hornungun 10.4 xalına qarşı 10.5 xal qazandı və Barbara Enqleder (GER) də bürünc medalla kifayətlənməli oldu.

Hornungun bu səyləri Rio 2016 Olimpiya Oyunlarında İsveçrə üçün həm də kvota yerini təmin etdi.

Seçmə raundlarında lider olan Macarıstanlı Kata Zvikl-Veres xalların digər raundlara keçirilməsi ilə əlaqədar yeni yarış qaydalarının qurbanı olaraq ilk qazanılan xal mərhələsində oyunu tərk edən səkkiz finalçının birincisi oldu.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar