İdmana gec başlasa da, erkən uğur qazandı
14.06.2015 611 0.0 0
Döyüş sənətinin ustası eyni zamanda rəssamlıq istedadına malikdir

Bakı 2015 ilk Avropa Oyunlarında Böyük Britaniya komandasının heyətində Məhəmməd Əli ilə yanaşı, güclü boksçü Joy Joys da iştirak edəcək. O, ağır çəki dərəcəsi üzrə yarışlarda mübarizə aparacaq.

Çəkisi 110 kq olan idmançı daima amerikalı nəhəng adlandırılan Joy Luislə müqayisə olunur. Öz üzərində daima işləyərək daha güclü olmağa çalışan boksçu, Luisə bənzədilsə də, qələbələrinin sayının ondan az olduğunu deyib:

Amerikalı Joy Luisə bənzədilməyimə baxmayaraq, həmişə üzərimdə çalışmışam. Düşünürəm ki, həmyerlim Məhəmməd Əli kimi yaxşı döyüşlər keçirmişəm. Çox zərbələr endirsəm də, onun qazandığı mükafatları qazana bilməmişəm.-Joy Joys

Britaniyalı boksçu incəsənət üzrə təhsil alsa da, sonralar idmana olan marağı onu incəsənətdən uzaqlaşdırıb və 23 yaşında idmana gətirib. Bu isə idman üçün kifayət qədər gec yaş hesab olunur. Lakin buna baxmayaraq, o həvəsli və qətiyyətli olub.

Əvvəlcə reqbi idman növü üzrə məşğul olsa da, sonralar təlim döyüşləri aparmaq üçün boksa üstünlük verdiyini deyən Joy, bu idman növünün ona zövq verdiyini deyib.

Britaniyalı idmançı Bakı 2015 Avropa Oyunlarında eyni çəki dərəcəsi üzrə yarışlarda qalib gəlməyi qarşısına məqsəd qoyub. Əldə olunacaq qalibiyyət, onun üçün bu il Doha şəhərində keçiriləcək Dünya çempionatına vəsiqə qazanmaq və eyni zamanda Rio 2016 Olimpiya Oyunlarında iştirak etmək üçün böyük şansdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar