İctimai iaşə müəssisələrində qaydalar sərtləşdi
29.05.2015 682 0.0 0
Azərbaycanda ictimai iaşə müəssisələrinin (kafe, restoran, otel və s.) mətbəxində çalışan personalın əməl etməli olduğu qaydalar müəyyənləşib.

 

Məlumata görə, Standartlaşdırma, Metrologiya və Patent Komitəsinin qərarı ilə təsdiqlənən AZS 804-2015 “İctimai iaşə xidmətləri və əhaliyə realizasiya olunan kulinariya  məhsulları. Ümumi texniki şərtlər” dövlət standartına əsasən ictimai iaşə müəssisəsində  (mətbəxində) çalışan  personal üst geyimlərini və şəxsi əşyalarını qarderobda saxlamalı, işə başlamazdan əvvəl əllərini təmiz yumalı, təmiz xalat və əlcək geyinməli, başını örtməli və saçlarını örtüyün altına yığmalı, tualetə gedərkən xüsusi ayrılmış yerdə xalatını soyunmalı, sonra əllərini təmiz, dezifeksiyaedici yuyucu vasitələrlə yumalıdır.

 

İctimai iaşə müəssisəsində (mətbəxində) çalışan personal soyuq dəyməsi, mədə pozğunluğu, həmçinin əlində kəsiklər, yaralar, yanıqlar olduqda ictimai iaşə müəssisəsinin rəhbərliyinə  bu barədə məlumat verməli və müalicə olunmalı, ailəsində mədə bağırsaq epidemiyası ilə əlaqədar olan bütün xəstəlik halları barədə ictimai iaşə müəssisəsinin rəhbərliyinə məlumat verməlidir. İstehsal müəssisəsində çalışan personalın yemək yeməsi və siqaret çəkməsi yalnız xüsusi ayrılmış yerlərdə olmalıdır. Hər gün isti və soyuq yeməklərin hazırlandığı sahələrin işçilərinin, həmçinin zalda fəaliyyət göstərən süfrəçilərin bədənlərinin açıq hissələrinə (sifətinə və əllərinə) ictimai iaşə müəssisəsinin adminstratoru tərəfindən baxış keçirilməli və baxışın nəticələrinin bunun üçün ayrılmış jurnalda qeydiyyatı aparılmalıdır. Əllərində irinli sızanaqlar, kəsiyi, yanığı olan, yuxarı nəfəs yolları epidemiyalı  xəstələr bu sahələrdə işə buraxılmamalıdır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar