İçkili adam avtobusun şüşələrini qırdı - Bakıda + Video
04.01.2018 971 0
Dünən saat 14.30 radələrində sərxoş vəziyyətdə olan sərnişin 65 saylı marşrut xəttində olan 10 TH 315 nömrəli avtobusa minərək sürücünü təhqir etməyə başlayıb.
Oxuculara təqdim olunan videoda da bu aydın şəkildə görünür. Həmin şəxsin bu hərəkəti sərnişinlərin etirazına səbəb olub. Sürücünün təkidindən sonra avtobusdan düşən şəxs avtobusu yumuruqlayıb, şüşələri sındırıb.
Hadisə ilə bağlı 29-cu Polis Bölməsində araşdırma başlayıb./Qafqazinfo.az/
Digər xəbərlər:
Şərhlər




