İbrahimoviçin Bakıya gəliş səbəbi bilindi
02.06.2015 951 0.0 0

Tanınmış futbolçu Zlatan İbrahimoviçin Bakıya səfərinin səbəbi açıqlanıb.

Məlumata görə, Fransadan Türkiyəyə, oradan isə Azərbaycana səfər edən isveçrəli ulduz bəzi suallara aydınlıq gətirib. İstanbulda hava limanında jurnalistlərə açıqlama verən ulduz futbolçu "Qalatasaray"a transfer olmayacağını söyləyib:

"Türkiyəyə "Qalatasaray"a transferimlə bağlı gəlməmişəm. Ümumiyyətlə transfer barədə hələ qərar qəbul etməmişəm. İstanbuldan keçərək Azərbaycana səfər edirəm. Bakıya səfərimin məqsədi qolf oynamaqdır", - deyə futbolçu qeyd edib. İbrahimoviçə səyahət zamanı iki dostu yoldaşlıq edib. Futbolçu üç çemodanla Bakının yolunu tutub.

Fransa Liqası komandalarından PSJ forması geyən İbrahimoviç gələcək karyerası barədə də danılşıb: "Ötən mövsüm bizim üçün yaxşı keçdi. Gələcək mövsüm üçün bir karyera planı etmədim", - deyə futbolçu vurğulayıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar