Hüseyn Dəryanın qızından ürəkdağlayan sözlər (VİDEO)
29.06.2015 652 0.0 0

Bu gün mərhum reper Hüseyn Dəryanın 40 yaşı tamam olur. Məlumata görə, qəza nəticəsində vəfat edən reeperin həyat yoldaşı və qızı Ayşə “Günə Baxan”nın qonağı olub.

Ailəsi Dərya haqqında xatirəlrini bölüşüb. Qızı Ayşə atasının ikinci ad gününü də onsuz keçirdiyi üçün çox kədərləndiyini deyib. O atasını həmişə yaxşı, ürəyiaçıq, mehriban bir insan və reper kimi xatırlayacağını deyib. 

“Mən inanıram ki o cənnətdə oturub bizə baxır. Mən onu çox istəyirəm. Heyif ki, bizdən ayrıldı. Artıq yoxdur və birdə olmayacaq. Amma hər zaman qəlblərdə yaşayacaq".

Ayşə verlişdə atasının ad günündə ona həsr etdiyi şeri səsləndirdi:

Bir atam vardı, adı-Hüseyin Dərya 
Adı da Dərya, özü də Dərya.
O mənim atam, həm də canım idi, 
Xalqın sevimlisi, həm də xalqın-oğlu idi.
Can Vətən- oxudu mənim atam 
Əhli-beyit dedi, mənim atam.
Ya Allah-dedi, Ya Hüseyin dedi
Ziyarətə getdi mənim atam. 
Olum ya ölüm dedi
Qarabağa getdi, Vətən üçün döyüşdü, 
Vətən üçün vuruşdu mənim atam. 
Allah verdi sənə ikinci nəfəs, 
Bu həyatda doymadım sənə mən
Aldım səndən bir gecə bəd xəbər, 
Ürəyim yandı, gözlərim doldu 
Dünya gözlərimdə saraldı-soldu. 
Görüşdük səninlə o son gecədə 
Aldın son nəfəsini mənim yanımda, 
Sızlayan canına, ağrıyan canına
Qurbanam hər zaman, qurbanam ata.
Dəryam – biz səni Allaha əmanət etdik
Nurlar içində yatasan, atam-Dəryam. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar