Hülya Avşar separatçı kürd partiyasından namizəd oldu
19.09.2015 602 0.0 0

Bu il noyabrın 1-də Türkiyədə parlament seçkisi keçiriləcək. Məlumata görə, ölkədəki partiyalar artıq seçkidə iştirak edəcək namizədlərin siyahısını ötən gün Ali Seçki Qurumuna (YSK) təhvil veriblər. 

 

İbrahim Tatlısesin deputatlıq arzusu 3-cü dəfə ürəyində qaldı

 

Tanınmış müğənni İbrahim Tatlısesin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) deputatlığa namizəd olmaq cəhdi növbəti dəfə də alınmayıb. Tatlıses 3 dəfə hakim partiyadan millət vəkili olmağa çalışsa da müğənni heç namizəd kimi də seçkiyə qatıla bilməyib. 

 

Mustafa Ceceli bu iddialara gülüb

 

Bundan başqa hakim partiyanın bütün tədbirlərində iştirak edən, hər kəs tərəfindən sevilən müğənni Mustafa Cecelinin də millət vəkilliyi üçün namizəd olduğu iddiaları yayılmışdı. Sosial şəbəkədəki şəxsi səhifəsində bu iddialara aydınlıq gətirən Ceceli xəbərə xeyli güldüyünü yazmaqla yanaşı belə bir şey olmadığını da qeyd edib. 

Uğur İşılak TBMM-də yatır 

 

25-ci çağırış parlament seçkisində iştirak edərək millət vəkili seçilən digər müğənni Uğur İşılak isə Türkiyə Böyük Millət Məclisində (TBMM) yatmağının bədəlini ağır ödədi. Belə ki, müğənninin bu dəfə deputatlığa namizədliyi irəli sürülməyib. 

Hülya Avşarın separatçı kürdlərin dəstəklədiyi Xalqların Demokratiya Partiyasından (HDP) namizədliyinin irəli sürülməsi isə Türkiyədə şok effekti yaradıb. HDP mərkəzi qərargahının açıqlamasına görə, Hülya Avşar İstanbul 1-ci ərazi 9-cu sıradan millət vəkilliyinə namizəd göstərilib. Növbəti yayılan xəbər isə Hülya Avşarın pərəstişkarlarına rahat nəfəs aldırıb. Məlum olub ki, kürd partiyasından namizəd olan məşhur Hülya Avşar deyilmiş. Burada sadəcə ad və soyad bənzərliyi var. 

Bu il iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı vardı. Baş nazir Əhməd Davudoğlunun koalisiya hökuməti qurmaq cəhdləri isə uğursuzluğa düçar olub. 

 


Son seçkidə sadəcə 4 partiya Türkiyə partlamentinə daxil olub

 

Türkiyədə iyulun 10-da koalisiya hökumətinin qurulması prosesinə start verilmiş, 45 gün ərzində bu mümkün olmadığından ölkə prezidenti yenidən parlament seçkisi keçirilməsinə qərar verib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar