Hitlerin içki anbarı tapılıb-Foto
07.06.2015 869 0.0 0

Almaniyada restoran sahibi Silvio Steltser iddia edir ki, Saksoniyada Adolf Hitlerin gizli konyak və şampan anbarını aşkar edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, S.Steltser restoranı yaxınlığındakı bağçanın altında altıyaruslu alkoqollu içki zirzəmisi aşkarlayıb.

O bildirib ki, A.Hitlerin köməkçilərinin anbarı hava zərbələrindən qorumaq üçün qiymətli içki şüşələrini daşıdıqlarını təsdiq edən sənəd də tapıb.

Sənədlərə əsasən, anbara pendir, şokolad, salyami və siqaret də daşınıb. Ərzaq ehtiyatlarının anbara 1944-cü ildə daşındığı bildirilir. Lakin orada yalnız alkoqol içkiləri qalıb.

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar