Tarix: 05.12.2016,   Saat: 04:28, Bazar ertəsi.          

Hitlerçilərin yadplanetlilərlə əlaqəsinə dair faktlar aşkarlandı – FOTOLAR, VİDEO

Rusiyada üzərində “Anenerbe”nin emblemi olan sandıq və yadplanetlilərlə oxşar kəllə sümükləri tapılıb.

 

Qazeta.info publika.az-a istinadlabildirir ki, mütəxəssislər yeni tapıntılar arasında “allah”ların və “iblislər”in kəllələrinin olmasını üçüncü Reyxin yadplanetlilərlə əlaqədə olmalarının sübutu kimi qiymətləndiriblər.

 

Araşdırmalara əcnəbi ekspertlər də cəlb edilib. Onlar qeyri-adi sümüklərlə, gizli elmləri və müəmmalı qüvvələri araşdıran məxfi SS cəmiyyəti “Anenerbe”nin emblemi olan sandıqla maraqlanırlar. 

 

Qeyd edək ki, bir qədər əvvəl “Belovodye” etnoqrafiya kompleksinə qeyri-adi, buynuzlu iki kəllə sümüyü və Böyük Tıxaç mağaralarından birində aşkar edilmiş SS məxfi çamadanı təqdim edilmişdi. 

 

Elə həmin yerdə 1941-ci ildə istehsal edilmiş Adıgeyin ərazisinə dair rəngli alman xəritəsi də aşkar edilmişdi. Xəritədəki qeyri-adi dəqiqlik və hitlerçilərlə bağlı digər maraqlı faktlar alimləri təəccübləndirdi.

 

Britaniyanın “Express” jurnalının əməkdaşları hər şeydən əvvəl məhz qeyri-adi kəllələrlə maraqlanmağa başlayıblar. Məsələ burasındadır ki, kəllələrin heç biri hər hansı heyvanın qalıqlarına oxşamır. Üsətlik, sümüklərin ağız boşluğunda bir sıra deşiklər yerləşdirilib.

 

Bundan başqa, yastı bu kəllələrdəki üz sümüyü də kəskin şəkildə fərqlənir. Maraqlıdır ki, paleontoloqlar bu kəllələrin hansı formaya malik olmasını indiyə qədər təyin edə bilməyiblər.

 

Ekspertlər bildiriblər ki, indiyə qədər buna oxşar hər hansı qeyri-adi tapıntı ilə qarşılaşmayıblar. Bu səbəbdən mütəxəssislər tapıntılarla bağlı hər hansı açıqlama verə bilmirlər.

 

Lakin kəllələrin eyni olması, mükəmməl oxşarlığı diqqət çəkir. Eyni zamanda mifşünaslar iddia edirlər ki, kəllələrin sahibləri buynuzlu “ilahilər”dir. Onların "səmadan gəlmişlər" kimi təfsir edilir.

 

Bütün bunlar “Anenerbe”nin iblislərlə, nasistlərin Yer planetinə səfər etmiş yadplanetlilərlə əlaqələrini sübut edən faktlar kimi əsaslandırılır.

 

Sual olunur: - faşist Almaniyasının gizli təşkilatı “Anenerbe”nin Adıgey dağlarındakı qeyri müəyyən varlıqlarla, yaxud sirli kəllələrlə hansı bağlılığı olub?

“Belovodya”nın rəhbəri Vladimir Məlikov bildirib ki, dəri qulpuyla və gizli alman cəmiyyəti “Anenerbe”nin nin emblemi olan qəhvəyi rəngli sandığı ona yaşlı bir  sakin təqdim edib: “Həmin şəxs indi tərki-dünyadır. Meşədə yaşayır. Amma qocanın konkret harada yaşadığını heç kim bilmir".

 

“Anenerbe” Almaniyada 1935-1945-ci ildə mövcud olub. Gizli təşkilat tarixi, adət-ənənələri və alman irqinin miraslarını öyrənmək üçün yaradılmışdı. Gizli SS cəmiyyətinə intellekti və savadı ilə seçilən 350 mütəxəssis və alim cəlb edilmişdi.

 

“Anenerbe” alimləri gizli araşdırmalar aparır, Tibetə, Antarktidaya və Qafqaza səfərlər edir, nə qədər qəribə də olsa, uçan naməlum obyektlərlə əlaqələr yaratmağa can atırdılar. Bununla yanaşı, mütləq hakimiyyətin sirrini və yeni silah növlərini yaratmağa  çalışırdılar.

 

Bu arada digər maraqlı faktlar da ortaya çıxıb. Məsələ burasındadır ki, alman mütəxəssisləri müharibənin başlanmasından bir neçə il əvvəl dağlıq ərazilərdəki yollarda hərbi-inşaat işlərin təşkilinə, Pitsunda yolun tikintisində SSRİ-yə kömək təklif etmişdilər. Bu günlərdə aydın olub ki, almanlar strateji yolu tikmək üçün əbəs yerə öz təkliflərini isrəlin sürməyiblər. "Anenerbe"nin hidroloqları Ritsa gölünün altındakı karst mağarasındakı suyun tərkibini insan qanının plazmasının istehsalı üçün yararlı olduğunu müəyyən ediblər.

 

Tədqiqatçıların sözlərinə görə, almanlar elə həmin vaxtlardan qeyri-adi qüvvələrlə maraqlanırdılar. Gürcüstanın Borjomi dərəsində alimlərin aşkarladıqları sirli irqin insanlarının üç metrlik skeletləri digər dövlətlərin alimləri kimi nasist alimlərinin də diqqətini cəlb etmişdi.

 

Bu günlərdə tapılmış buynuzlu, qeyri-adi kəllələr isə ən sirli tapıntı olaraq qalmaqdadır. Vladimir Məlikov qeyd edib ki, tapılmış kəllələrin qeyri-adi quruluşu həmin varlıqların iki ayaq üzərində hərəkət etdiyini göstərir: “Qəribəliklərdən biri də tapıntılardakı kəllə qutusunun və çənələrin yoxluğudur. Onlarda ağız boşluğu olmayıb. Bunu çevrə üzrə yerləşən bir neçə  deşik əvəz edib. Onlar qeyri-adi böyük göz yuvalarına, yastı üz sümüyünə malik olublar”.

 

Tədqiqatçılar güman edirlər ki, Hitlerin okkultistləri belə varlıqlarla, o cümlədən Günəş sistemindən uzaq orbitdəki hipotetik, vətəni Nibru hesab edilən planetlə əlaqələr axtarırdılar.

 

 

 

 

 

 

 



  Bölmə: Maraqlı | Baxış sayı: 1707 | Tarix: 10.09.2016, 22:54


Xəbərlər