Hindistanın nağd pul islahatları iflasa uğrayır
08.12.2016 598 0.0 0

Hindistanın nağd pula qadağa ilə bağlı keçirdiyi islahatlar iflasa uğramaq üzrədir. "Bloomberg" agentliyinə istinadən verilən xəbərə görə, artıq ölkədə sosial narahatlıq, milli valyutaya inamsızlıq və iqtisadiyyatın sərt yavaşlaması başlayıb. Belə ki, işgüzar aktivlik indeksi noyabrda 50 bənd səviyyəsindən aşağı düşərək iqtisadi azalmanın baş verəcəyinə işarə edib. Buna səbəb isə Hindistan hökumətinin 500 və 1000 rupilik əsginaslara qadağa qoyması olub. Qeyd edək ki, bu əsginaslar ölkədəki məcmu pul əsginaslarının 85%-ni təşkil edir. Nəticədə, ölkədə təşviş yaranıb. "Bloomberg" agentliyi bildirir ki, ölkədə iqtisadi yavaşlama qaçılmazdır və bu, əsasən kənd təsərrüfatında özünü göstərəcək. Belə ki, kənd təsərrüfatında hesablaşmalar tamamilə nağd pulla aparılır.
Hindistanın keçmiş baş naziri Manmox Sinqxa görə, qəbul olunan demonetizasiya qərarı ÜDM-in 2 faiz bəndi azalmasına gətirib çıxaracaq. Qeyd edək ki, Hindistanda ÜDM-in artımına görə bu günə qədər dünya iqtisadi artımını üstələyərək lider ölkələr arasında yer alıb. Bununla yanaşı, hökumət qızıl aktivlərinə də məhdudiyyətlər tətbiq etmək niyyətindədir: evli qadınlara 500 qram, subaylara 250 qram, kişilərə isə 100 qram qızıla sahib olmağa icazə veriləcək.
"Mishtalk" qlobal iqtisadi trendlərin təhlili şirkətinin ekspertləri hesab edirlər ki, bu hadislər nəticədə Hindistanda valyuta böhranına gətirib çıxara bilər: "Onsuz da ABŞ-ın fəaliyyəti ölkə xaricində istənilən nöqtədə valyuta böhranı yaradacaq"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar