Hillari Klintonun olduğu təyyarə Nyu-Yorkda qəza enişi edib
18.11.2019 90 0.0 0

ABŞ-ın sabiq-dövlət katibi Hillari Klintonun olduğu, Nyu-Yorkdan Vaşinqtona uçan təyyarə texniki nasazlığa görə geri qayıtmağa məcbur olub.

Bildirək ki, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən CNN telekanalı bildirib.

Telekanalın məlumatına görə, "American Airlines" aviaşirkətinin təyyarəsi əməkdaşlardan birinin nasazlığı qeyd etməsindən sonra yerli vaxtla saat 15:15-də Nyu-York aeroportuna qayıdıb.

Pilotların sözlərinə görə, təyyarə aeroportun terminalından bir neçə kilometr uzaqlaşdıqdan sonra silkələnməyə başlayıb. Aeroportun əməkdaşı tüstünü qeydə alıb və səmada olan təyyarənin metal qırıntısını aşkarlayıb.

Bu reyslə uçan sərnişinlər Vaşinqtona yerli vaxtla saat 16:45-də başqa təyyarə ilə çatdırılıblar./Report/


Digər xəbərlər:
Şərhlər
avatar