Heydər Əliyevin tarixi missiyası
06.09.2015 752 0.0 0

 

IX yazı 

 

14 ilə yaxın Sovet Azərbaycanının başçısı, 5 ilə yaxın dünyanın ən böyük 

imperiyasının-yəni SSRİ-nin hakimiyyət olimpində Siyasi Büronun 12 üzvündən biri, 3 ilə yaxın Naxçıvan Ali Məclisinin sədri, 10 il müstəqil Azərbaycanın prezidenti olan Heydər Əliyevin tarixi missiyası nədir? 

Araşdırmalarım göstərir ki, Heydər Əliyevin yüksək hakimiyyət kürsülərində  olduğu bütün zamanlar ərzində 5 böyük tarixi missiyası olub.   

1. Heydər Əliyevin milli missiyası

Azərbaycan tarixində heç bir dövlət xadimi milli ədəbiyyatımızın, milli musiqimizin,  milli tariximizin, elmimizin, dilimizin inkişafına Heydər Əliyev qədər diqqət, qayğı 

və hamilik göstərməyib. Azərbaycan tarixində heç bir lider  ədəbiyyatımızı, musiqimizi, tariximizi, elmimizi, dilimizi və onların problemlərini Heydər Əliyev qədər dərindən bilməyib. Heydər Əliyev ədəbiyyatımızın, musiqimizin, tariximizin, elmimizin, dilimizin qlobal 

problemləri haqqında həmin sahələrin böyük yaradıcılarından daha dərin və mükəmməl biliyə malik idi. Heydər Əliyevin böyük şair və yazıçılarımızın, bəstəkarlarımızın, rəssamlarımızın, alimlərimizin  yubileylərindəki çıxışlarının hamısı ədəbiyyatımızın və incəsənətimizin inkişafına böyük töhfələr verib. Çünki Heydər Əliyevin belə məclislərdəki çıxışlarının hamısı proqram xarakterli olmaqla şair və yazıçılarımızı, bəstəkarlarımızı, rəssamlarımızı, alimlərimizi yeni-yeni gözəl əsərlər yaratmağa ruhlandırırdı. Heydər Əliyev şair və yazıçılarımızdan, bəstəkarlarımızıdan, alimlərimizdən azad ruhun yüksəldilməsini tələb edirdi. Yaxşı yadımdadı ki, 2 dəfə şairlər və yazıçılarımız Füzulinin İraqın Kərbəla şəhərində, Nəsiminin Suriyanın Hələb şəhərində qəbirlərinin pis vəziyyətdə olması, həmin dövlətlərin dünyalarca tanınan şairlərimizin məzarlarına hörmətsiz yanaşması haqqında Heydər Əliyevə şikayət etmişdilər. Heydər Əliyev onlara birbaşa televiziya ilə göstərilən verilişdə dedi ki, "Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə siz yaxşı bilirsiniz ki, mən Azərbaycan Respublikasının başçısıyam, bu haqda İraq və Suriya ölkələrinin başçıları qarşısında məsələ qaldırmağım başqa ölkələrin daxili işlərinə qarışmaq kimi qiymətləndirilə bilər. Bu məsələyə Moskva da mənfi münasibət göstərər. Siz niyə ayağa qalxıb, səsinizi ucaldıb, etirazınızı bildirmirsiniz? Qorxmayın, bir şey olsa mən sizi müdafiə edəcəyəm". Heydər Əliyev Azərbaycanda Azərbaycan dilinin dövlət dili kimi SSRİ Konstitusiyasına salınmasında böyük qeyrət nümayiş etdirdi. 

2. Heydər Əliyevin tarix yaratma missiyası

a) Heydər Əliyev 1969-83-cü illərdə Sovet Azərbaycanının intibah tarixini yaratdı. 

b) Heydər Əliyev 1983-87-ci illərdə Sovet İttifaqını idarə edən 12 Siyasi Büro üzvündən biri olaraq və Sovet İttifaqının 20-yə yaxın mühüm nazirliyinə rəhbərlik edərkən Sovet İttifaqı tarixinin yaranmasında iştirak etdi. Heydər Əliyevin Siyasi Büro üzvü olmasıyla Azərbaycan bir respublika kimi SSRİ və dünya miqyasında tanındı. 

c) 1991-93-cü illər ərzində Heydər Əliyev blokada şəraitində olan Naxçıvanın tarixini yaratdı. Heydər Əliyev Naxçıvanı Azərbaycanın qoruyucu qalasına çevirdi. Heydər Əliyev olmasaydı Naxçıvan tarixi tamamilə başqa istiqamətdə gedəcəkdi. Naxçıvan ya işğal olunacaqdı, yaxud da Naxçıvanda olan insanların bir hissəsi Bakıya, bir hissəsi Türkiyəyə, bir hissəsi isə İrana gedəcəkdi. 

d) 1993-2003-cü illər ərzində Heydər Əliyev müasir Azərbaycanın tarixini yaratdı. Heydər Əliyev Azərbaycanı regional və qlobal dünya siyasətinə təsir edən ölkələr səviyyəsinə yüksəltdi.   

3. Heydər Əliyevin quruculuq missiyası1969-83-cü illər ərzində Heydər Əliyev Azərbaycanın böyük iqtisadiyyatını yaratdı. Heydər Əliyev Bakıda Yaponiya texnologiyası əsasında kondisioner zavodunu 

yaratdı. Heydər Əliyev Bakı soyuducular zavodunu yaratdı.

Heydər Əliyev Azərbaycanın müstəqil energetika sistemini və onun tərkib hissəsi olan müstəqil elektroenergetika sistemini yaratdı. Energetika sistemimiz qəzaların aradan qaldırılması məqsədilə Rusiyanın enerji sisteminə qoşulsa da Rusiya olmadan da müstəqil fəaliyyət göstərə bilirdi. 

Heydər Əliyev blokada şəraitində olan Naxçıvanın müstəqil enerji sistemini yaratdı. Heydər Əliyev Azərbaycanda çoxlu universitetlər və elmi tədqiqat müəssisələri yaratdı...

4. Heydər Əliyevin xilaskarlıq missyası

Heydər Əliyev blokada şəraitində olan Naxçıvanı işğaldan xilas etdi.

Heydər Əliyev Azərbaycanı 3 yerə parçalanmaqdan xilas etdi. Heydər Əliyev Azərbaycanda dövlət çevrilişlərinə son qoydu. Heydər Əliyev əmin-amanlıq yaratdı. Heydər Əliyev Azərbaycan ordusunu yaratdı. 

5. Heydər Əliyevin liderlik missiyası 

Heydər Əliyev böyük lider idi. Onun liderliyi böyük natiqlik məharətindən, dərin siyasi, iqtisadi və diplomatik biliyindən, bütün vəzifə pillələrini özünün qabiliyyətilə tutduğundan yaranmışdı. 

Heydər Əliyevin böyük liderliyi onun canlı auditoriyaya, minlərə, milyonlara təsir edə bilmək, aditoriyanı nəzarətdə saxlamaq qabiliyyətindən yaranmışdı. Heydər Əliyev televiziya çıxışlarında da insanların şüuruna təsir edə bilirdi. Heydər Əliyev bütün çıxışlarında insanlara lazım olan sözləri dediyindən onun eyni çıxışının 10 dəfə təkrarına baxmaq da maraqlıydı. Dünya liderləri konspektsiz danışmağı Heydər Əliyevdən öyrəndilər! 

Ardı var...

 

Prof.Dr. Qüdrət İsaqov


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar