Hemilton `Formula-1` üzrə dördqat dünya çempionu olub
30.10.2017 645 0.0 0

“Merсedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton “Formula-1” üzrə dördqat dünya çempionu olub.

 

Məlumata görə, 32 yaşlı britaniyalının növbəti qələbəsi Meksika Qran prisində rəsmiləşib. Finiş xəttini 9-cu keçən S.Hemilton yarışların yekunlaşmasına iki mərhələ qalmış 333 xalla ilk yeri təmin edib.

 

Mexikoda baş tutan yarışın qalibi isə “Red Bull”un hollandiyalı pilotu Maks Ferstappen olub.  Finlandiyalı Valtteri Bottas  (“Mercedes”)  ikinci, “Ferrari” komandasının finlandiyalı pilotu Kimi Raykkonen isə üçüncü yerin sahibi olub.  

 

Ümumi hesabda ikinci pillədə 277 xalla almaniyalı Sebastyan Fettel (“Ferrari”), üçüncü də isə 262 xalla Bottas qərarlaşıb.

 

"Formula-1"in son iki mərhələsi Braziliya və Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar