Hava məlumatı- 17 oktyabr
16.10.2015 549 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən bildirirki,

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 17-də arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9-11, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütuna yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 17-də
 arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
Havanın temperaturu gecə 8-12, gündüz 13-16, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar