Əhalini aldadan marketlərin adları açıqlanıb-SİYAHI
11.08.2015 821 0.0 0

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.
Qazeta.info 
İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatına əsasən bildirir ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı
Bakının Binəqədi rayonunda
- M.Rəsulzadə qəsəbəsi, 120 ünvanında Qumru Mirzəyevaya məxsus mağazada;
- Hacı-Həsən qəsəbəsi, H.Sultanov küçəsində Pərviz Paşayevə məxsus mağazada;


Suraxanı rayonunda
- Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, 30 ünvanında Cəbrəddin Dadaşova məxsus mağazada;


Xəzər rayonunda
- Zirə qəsəbəsi, M.Məmmədzadə küçəsi, 120 ünvanında Zakir Ağayevə məxsus mağazada;


Samux rayonunda
- Ziyadlı kəndində İsgəndər Alıxanova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;


Xızı rayonunda
- Xızı qəsəbəsi, Yaşma stansiyasında "Azəri-M İstehsalat-Ticarət" MMC-yə məxsus kafedə;


Sabirabad rayonunda
- Bulaqlı kəndində Əlizaman Zamanova məxsus "Çənlibel" restoranında;
- Surra kəndində Eldəniz Əliyevə məxsus "Ana Kür" restoranında normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

 

Bakının Suraxanı rayonunda
- Qaraçuxur qəsəbəsi, Q.Vəliyev küçəsində Bəhram Ömərova məxsus mağazada;


Xızı rayonunda
- Yaşma qəsəbəsində Sədaqət Bəbirova məxsus mağazada;
- Xızı şəhəri, H.Əliyev prospektində Sabir Həsənova məxsus mağazada;


Ağstafa şəhərində
- H.Əliyev prospektində Şahin Kərimova məxsus mağazada;


Tovuz rayonunda
- Aşağı Öysüzlü kəndində Kamran Ağazadəyə məxsus mağazada;


Beyləqan şəhərində
- M.Rəsulzadə küçəsində "Sənan-M" MMC-yə məxsus "Zəfəran" restoranında;


Xaçmaz rayonunda
- Qusarçay kəndində Kamran Məmmədova və Əmirəddin Mursaquluyevə məxsus mağazalarda;
- Xaçmaz şəhəri, Ə.Məmmədov küçəsində Elvin Şirinbalayevə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və "Facebook" səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar