Əhalini aldadan marketlər -SİYAHI
24.08.2015 696 0.0 0

İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
Qazeta.info İSN-nin məlumatına əsasən bildirir ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı
Bakının Nəsimi rayonunda
- 20 Yanvar küçəsi, 23B ünvanında Əli Əmiraslanova məxsus mağazada;
- A.Mustafayev küçəsi, 21A ünvanında Nicabət Abdullayevaya məxsus mağazada;


Binəqədi rayonunda
- Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 21 ünvanında Zaur Mayılova məxsus mağazada;


Saatlı rayonunda
- Qara Nuru kəndində Abbas Eldarova məxsus mağazada;


Zərdab şəhərində
- H.Əliyev prospektində Sülhiyyə Hacıyevaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;


Bakının Binəqədi rayonunda
- Biləcəri qəsəbəsi, Biləcəri şosesi, 8 ünvanında Ramil Əzizova məxsus mağazada;
- Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Validə Sarıyevaya məxsus mağazada;


Tovuz rayonunda
- Yuxarı Öysüzlü kəndində Duman Qasımova məxsus mağazada;


Saatlı rayonunda
- Qara Nuru kəndində Mehman Nuriyevə məxsus mağazada;


Xaçmaz rayonunda
- Müşkür kəndində Gözəl Yaqubova məxsus mağazada;


Balakən rayonunda
- Qabaqçöl qəsəbəsində Aydın Lelimadova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmış və qanunamüvafiq tədbirlər görülmüşdür.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və "Facebook" səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar