Hafiz Hacıyevin Aslan İsmayılova qarşı iddiası əsasında məhkəmə başlayıb
01.02.2018 932 0.0 0

Bu gün Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası başlayıb.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

Qeyd edək ki, MMP-nin sədri H.Hacıyev hüquqşünas A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, müraciətində bildirib ki, A.İsmayılov onun şərəf və ləyaqətini alçaldıb və buna görə hüquqşünasın Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. A.İsmayılov da eyni maddələrlə onu məhkəməyə verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar