Hacıqabul sakini itkin düşüb
12.02.2017 751 0.0 0

Hacıqabulda 35 yaşlı kişi bir ildir ki, itkin düşüb.

 

APA-nın məlumatına görə, Hacıqabul rayonunun Qubalı-Baloğlan kənd sakini, 1982-ci il təvəllüdlü Əliyev Anar Oktay oğlu 2016-cı ilin yanvar ayında evdən çıxıb və bir daha evə qayıtmayıb. Hüquq-mühafizə orqanlarına məlumat verilsə də, 35 yaşlı Anar Əliyevin axtarışları heç bir nəticə verməyib. Şəkildə əks olunan həmin şəxsi görənlərdən xahiş olunur ki, aşağıdakı telefon nömrələrinə zəng etsinlər:  055 231 00 32, 0212041032


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar