Hacı İbrahim yenə «Bandotdel»də
16.05.2015 805 0.0 0

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları (Bandotdel) iş adamı, “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimovu (Nehrəmli) yenidən saxlayıb.

Qazetaşinfo ANS PRESS-ə istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə haqqın.az saytına məlumat verib.

Məlumata görə, Hacı İbrahim dünən axşamdan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılır.

Hacı İbrahim bundan əvvəl saxlanılarkən müəyyən problemlərin olduğunu etiraf etmişdi: "Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, "Khazar İsland” layihəsini həyata keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı bu ayın 19-u başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar