Hacı İbrahimə külli miqdarda «pul atdılar» (FOTO)
25.08.2015 656 0.0 0

Azərbaycanda külli miqdarda dələduzluq etmiş şəxs beynəlxalq axtarışa verilib.

 Interpolun rəsmi saytına istinadən verilən məlumata görə, 1970-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda anadan olan Vaqif Bağırova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Adı çəkilən şəxs ölkədə olmadığına görə, onun interpolun xətti üzrə axtarışına qərar verilib.

Anketdə həmçinin V.Bağırov Azərbaycan dili ilə yanaşı, rus dilini də yaxşı bildiyi yazılıb.

 


Vaqif Bağırov - İnterpolun axtardığı azərbaycanlı

 

Axtarışa verilən V.Bağırov tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Avesta” konsernində baş mühasibi olub.

Hadisə ilə bağlı Hacı İbrahim bildirib ki, İnterpol xətti ilə axtarışa verilən V. Bağırov ona məxsus “Avesta” konsernində uzun müddət baş mühasib işləyib. Daha sonra ona qarşı dələduzluq edərək küllü miqdarda pulunu mənimsəyərək qaçıb.

“Geri qaytaracağını deyərək notarius yolu ilə məndən 1,5 milyon manat pul alaraq aradan çıxdı. Mən də bu barədə Baş prokurorluğa məlumat verdim və həmin şəxs Azərbaycanda olmadığı üçün beynəlxalq axtarışa verildi”, - deyə Nehrəmli bildirib.

Hacı İbrahimin sözlərinə görə, Vaqif Bağırov hazırda Afrikadadır və dəfələrlə ona zəng edərək mənimsədiyi pulu geri qaytaracağını bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar