Habil Əliyevin səhhətindən son xəbər
17.08.2015 777 0.0 0

Xalq artisiti Habil Əliyevin səhhətində cüzi olsada müsbətə doğru irəlləyiş var.

Mərkəzi Klinik xəstəxanadan verilən məlumata görə hazırda Habil Əliyevin vəziyyəti stabil ağır kimi qiymətləndirilir. Hazırda həkimlər süni nəfəs aparatına qoşulan kamança ustasının vəziyyətinin yaxışlaşması üçün əllərindən gələni edir. Aparılan müalicəvi prosedurlar nəticəsində xalq artisti yaxınlarını tanımağa başlayıb, ərtafında baş verənlərə reaksiya verir.

Ürək çatışmazlığından əziyyət çəkən xalq artisti Habil Əliyevin səhhəti ötən gün qəfil pisləşib. Vəziyyəti dəyişən kaman ustasi dərhal təcili tibbi yardim maşını ilə xəstəxanaya aparılıb. Vəziyəti ağır olduğundan musiqiçi müayinədən sonra reanimasiya şöbəsinə yerləşdirilib. 

 


Habil Əliyev - Xalq artisti
Foto: "El" jurnalının 99-cu buraxılışı

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. 
Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib.

Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə,Fransa , Hindistan, Pakistan,İran , MisirMisir,İsveçrə ,Niderland , Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub.

 


Habil Əliyevin MirŞahinlə müsahibəsi/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar