Həyat yoldaşını 3 maskalı öldürdüyünü iddia edən qocanın özünü tutdular
06.10.2015 523 0.0 0

Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan arvadı Xanpərini qətlə yetirmiş Səfər Səfərov tutulmuşdur

Qazeta.info Daxili İşlər Nazirliyinə İstinadla bildirir ki, sentyabrın 18-nə keçən gecə Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan 83 yaşlı Səfər Səfərovun evinə tamah məqsədi ilə girmiş 3 maskalı şəxsin onun və arvadı, 86 yaşlı Xanpərinin əl-ayaqlarını və ağızlarnı yapışqanlı lentlə bağlayaraq evdə axtarış aparmaları, heç nə tapa bilməyib hadisə yerini tərk etmələri və Xanpərinin hadisə yerində ölməsi barədə verilmiş məlumatla əlaqədar polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Nəticədə  Xanpərinin Səfərovanın ailə münaqişəsi zəminində öz həyat yoldaşı Səfər Səfərov tərəfindən öldürülməsi müəyyən edilmiş və o, tutulmuşdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar