Həsənağa Turabovun oğlu: Atam haqqında yayılan məlumatlar əsassızdır
26.08.2019 633 0.0 0

Azərbaycan xalqının görkəmli aktyorlarından, xalq artisti mərhum Həsənağa Turabov haqqında sosial şəbəkələrdə əsası olmayan, həqiqətdən uzaq məlumatlar yayılıb.

Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, bu barədə xalq artisinin oğlu, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat məsələləri şöbəsinin inspektoru, polis polkovnik-leynetantı Yalçın Turabov bildirib ki, H.Turabov kiminsə həbs olunması ilə bağlı şahidlik etməyə məcbur edilməsi, buna cavab olaraq, polis əməkdaşını şillə ilə vurması ilə bağlı deyilənlər yalandır.

"Sosial şəbəkələrdə yazılanlarla bağlı ailə üzvlərimiz, atamın yaxınları bu barədə deyilənlərdən məlumatsızdır. Xahiş edirik ki, Həsənağa Turabov haqqında məlumatlar yayarkən onun ailə üzvləri ilə dəqiqləşdilmə aparılsın", - deyə Y.Turabov əlavə edib.

Qeyd edək ki, görkəmli aktyor Həsənağa Turabov 2003-cü ildə 64 yaşında vəfat edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar