Hərbi bazalara hücum edən `Əl-Qaidə` lideri öldürülüb
20.02.2017 923 0.0 0

Əfqanıstanda "Əl-Qaidə" terror təşkilatının komandirlərindən biri olan Seyfulla Əxtar öldürülüb.

"Report" xəbər verir ki, xüsusi əməliyyat on gün əvvəl Əfqanıstanın mərkəzində yerləşən Qəzni əyalətinin Nova qəzasında həyata keçirilib

"İnterfax"ın məlumatına görə, Əxtar Əfqanıstanda Pakistan döyüşçülərinə komandanlıq edib. O, Baqram və Kabildə xarici hərbi bazalara hücumlar təşkil etməkdə ittiham olunurdu.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar