Hәmsәdrlәrlə görüşdü
30.04.2015 932 0.0 0

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın gələcək görüşü üzrə əsas məsələləri müzakirə ediblər.

Məlumata görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter"dəki səhifəsində yazıb.

"Biz nazir Elmar Mәmmәdyarovla Azәrbaycan vә Ermәnistan prezidentlәrinin müzakirә edәcәyi әsas mәsәlәlәr әtrafında fikir mübadilәsi apardıq", - deyə diplomat qeyd edib.

Xatırladaq ki, həmsədrlər ötәn gün Ermәnistanın xarici işlәr naziri Edvard Nalbadyanla da görüşüblәr./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar