Həkim yeni doğulan körpəni şikəst etdi
14.12.2019 455 0.0 0

Rusiyanın Krasnokamenski şəhərində həkim səhlənkarlığı yeni doğulmuş körpəni şikəst qoyub.

Qeysəriyə əməliyyatına uyğun olan xəstəyə normal doğuş təyin edən mama-ginekoloq doğulan uşağın sağlamlığına ciddi ziyan vurub.

“Rossiyskaya qazeta”nın xəbərinə görə, nəticədə körpənin şikəst qalmasına səbəb olan ginekoloq məsuliyyətə cəlb olunub.

O, günahını etiraf etməyib.

Məhkəmə qərarına görə, iki il altı ay müddətinə həbs edilən həkimin iki il ərzində ixtisası üzrə fəaliyət göstərməsinə qadağa qoyulub./oxu.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar