Gürcüstanın baş naziri Marneuliyə səfər edəcək
16.03.2016 428 0.0 0

 Martın 21-də Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edəcək.
 
Məlumata görə, baş nazirin mətbuat xidmətindən bildiriblər ki, G. Kvirikaşvili Marneuliyə səfəri zamanı azərbaycanlıları Novruz bayramı münasibəti ilə təbrik edəcək.
 
Hazırda səfərlə bağlı hazırlıq gedir.
 
Martın 21-də isə baş nazirin Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində gürcü və azərbaycanlı gənclərlə görüşü planlaşdırılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar