Gürcüstanın baş naziri Bakıya gələcək
18.05.2015 645 0.0 0

 Gürcüstan baş naziri İrakli Qaribaşvili I Avropa Oyunlarının açılışında iştirak edəcək.

Gürcüstan bürosunun məlumatına görə, bunu bu gün Batumidə SOCAR nümayəndəliyinin açılışı zamanı İ. Qaribaşvilinin özü deyib.
 
O bu məqsədlə iyunun 12-də Bakıya səfər edəcəyini bildirib.
 
Gürcüstan Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Elquca Berişvili  açıqlamasında bildirib ki, I Avropa Oyunlarına Gürcüstan prezidenti Georgi Marqvelaşvili də dəvət edilib.
 
Qeyd edək ki, I Avropa Oyunlarında Gürcüstanı 110-dək idmançı  təmsil edəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar