Gürcüstanda erməni ailə qətlə yetirildi
11.07.2016 788 0.0 0

Gürcüstanın Cavaxetiya bölgəsinin Axalkalaki rayonunda erməni ailəsi qətlə yetirilib.  Gürcüstan mətbuatına istinadla verilən məlumata görə, naməlum şəxs və ya şəxslər erməni ailənin bütün üzvlərini qətlə yetirib.

 
Hadisə nəticəsində ana 37 yaşı Ofeliya Kaçatyani ilə yanaşı onun 5, 16 və 18 yaşlı uşaqları öldürülüb.

Hadisənin səbəbləri məlum deyil. Amma ilkin ehtimala görə, ana və böyük qız küt alətlə öldürülüb. Digər iki uşağı isə boğaraq öldürüblər.  

Kriminalist hadisə yerində araşdırmaları davam etdirirlər. Məlumata görə, ailənin başçısı Rusiyada yaşayır. O hadisə zamanı evdə olmayıb. Faktla bağlı cinayət işi açılsa da Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı rəsmi məlumat yaymayıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar