Gürcüstanda azərbaycanlının evinə top mərmisi düşüb
17.09.2015 574 0.0 0

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Laqodexi rayonundakı Qabal kəndində dolu əleyhinə topdan atəş açıldıqdan sonra mərmi soydaşımızın evinə düşüb.

Məlumata görə, bu barədə Kaxetidə fəaliyyət göstərən "Hereti" radiosunun hadisə yerində olan əməkdaşı Georgi Aladaşvili bildirib.
 
Onun sözlərinə görə, mərmi Qabal kənd sakini Nadir Aslanovun evinin damını və divarlarını zədələyib. Həmçinin evdə yanğın başlayıb, nəticədə məişət əşyaları yanıb.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Hazırda Laqodexi rayon rəhbərliyi və yerli fövqəladə hallar xidməti tərəfindən müvafiq tədbirlər görülür, N. Aslanovun evinə dəyən zərərin həcmi hesablanır.
 
Hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar