Gürcüstana gedən daha bir müxalifətçi saxlanıldı
22.06.2017 737 0.0 0

Müxalifətçi jurnalist Kamran Mahmudov qonşu Gürcüstana getməyə cəhd edərkən Qazaxda saxlanılıb. Məlumata görə, bu barədə vəkil Cavid Rzazadəyə istinadən "Azadlıq" radiosu xəbər yayıb.

Vəkilin sözlərinə görə, saxlanılarkən polis əməkdaşları bəyan ediblər ki, Kamran Mahmudov axtarışdadır.

Qazax Rayon Polis Şöbəsindən müxalifətçinin saxlanılması barədə informasiyanı "Azadlıq" radiosuna təsdiq ediblər.

Polisdən qeyd ediblər ki, Kamran Mahmudova ölkəni tərk etmək qadağan olunub. Müvafiq yoxlamalardan sonra vəziyyətə aydınlıq gətiriləcək./Virtualaz.org/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar