Gürcüstan parlamentinə sədr seçilib
29.12.2021 157 0.0 0

Şalva Papuaşvili X çağırış Gürcüstan parlamentinin sədri seçilib.

“Report”un xəbər verir ki, qanunverici orqanın növbədənkənar iclasında 88 deputat onun namizədliyini dəstəkləyib, 1-i əleyhinə səs verib.

Ş.Papuaşvili hazırkı çağırış parlamentinin sayca üçüncü spikeri olub.

O, 2020-ci ilin oktyabrında parlament seçkilərində hakim Gürcü Arzusu Partiyasının siyahısı üzrə deputat seçilib. 45 yaşlı siyasətçi bu ilin martından Təhsil və elm komitəsinə rəhbərlik edib.

Xatırladaq ki, sabiq sədr Kaxa Kuçava dekabrın 24-də vəzifəsini tərk edib.


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar