Güləşçimizdən vaxtından əvvəl qələbə, qızıl medal
17.06.2015 651 0.0 0

Azərbaycan Bakı-2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışlarının ilk günündə daha bir qızıl medal qazanıb.

Məlumata görə, Avropa Oyunlarının sərbəst güləş yarışlarında 65 kq çəki dərəcəsində çıxış edən güləşçimiz Toğrul Əsgərov Heydər Əliyev adına İdman Sarayında keçirilən final görüşündə İtaliya təmsilçisi Frank Markes Çamizo ilə qarşılaşıb.

Olimpiya çempionumuz italyan rəqibi ilə gərgin mübarizə şəraitində keçən qarşılaşmada vaxtından əvvəl tam üstünlüklə (tuşe) qalib gələrək Avropa Oyunlarının qızıl medalını qazanıb.

65 kq
1/16 final - İlyas Bekbulatov (Rusiya) - Toğrul Əsgərov 7:8
1/8 final - Mihail Sava (Moldova) - Toğrul Əsgərov 0:10
1/4 final - Maxime Fiquet (Fransa) - Toğrul Əsgərov 0:10
1/2 final - Toğrul Əsgərov - Azamat Nurikov (Belarus) 7:2
FİNAL - Frank Çamizo (İtaliya) - Toğrul Əsgərov 2:4

 

Mənbə/anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar