Güləşçimiz Rio Yay Olimpiadasına vəsiqə qazandı
08.09.2015 668 0.0 0

Las Veqas şəhərində güləş üzrə dünya çempionatına start verilib. 

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, 1/4 finalda güləşçimiz Elvin Mürsəliyev Qırğızıstandan olan Atabek Azizbekov üzərində inamlı qələbə qazanmaqla yarımfinala yüksəlib. Bu qələbə ilə ölkəmizə 75 kq çəki dərəcəsində Olimpiya oyunlarına lisenziya qazandırıb. Yarımfinalda idmançımız Rusiya təmsilçisi Roman Vlasova məğlub olsa da, bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Güləşçimizin son rəqibi Qazaxstanlı Dostjan Kartikov olacaq. 

 


Elvin Mürsəliyev və Atabek Azizbekov 

Bu yarışlarda məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında ölkəmizi

Rövşən Bayramov (59 kq), 
Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), 
Elvin Mürsəliyev (75 kq), 
Rafiq Hüseynov (80 kq),
Saman Təhmasibi (85 kq), 
Orxan Nuriyev (98 kq) və 
Sabah Şəriəti (130 kq) təmsil edir.


66 kq
1/32 final - Artyom Surkov (RUS) - Həsən Əliyev 2:0
75 kq
1/32 final - Elvin Mürsəliyev - Juan Angel Escobar (MEX) 3:2
1/16 final - Jure Kuhar (SLO) - Elvin Mürsəliyev 2:3
1/8 final - İlie Cojocari (ROU) - Elvin Mürsəliyev 1:5
1/4 final - Atabek Azizbekov (KGZ) - Elvin Mürsəliyev - 0:8
1/2 final - Elvin Mürsəliyev - Roman Vlasov (RUS) - 0:6
Bürünc medal uğrunda görüş - Elvin Mürsəliyev - Dosjan Kartikov (KAZ) - 0:1
98 kq
1/32 final - Orxan Nuriyev - Laokvatis Kessidis (GRE) 2:7 

Güləş üzrə dünya çempionatı sentyabrın 12-dək Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçiriləcək. Bu çempionatda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. 

Çempionatda Yunan Roma güləşi üzrə 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək. İlk yarış günündə 66, 75 və 98 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar