Güləşçimiz ermənini belə məğlub etdi-VİDEO
22.06.2016 931 0.0 0

Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Qazeta.info bildirir ki, Azərbaycan Güləş Federasiyasından Anspress-ə verilən məlumata görə, ilk yarış günündə güləşçilərimizdən Mikayıl Rəhmanov (60 kq) qızıl və Azər Nəsibli (50 kq) gümüş medal qazanıb.

Çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb.

55 kq çəkidə mübarizə aparan Nofəl Babayev ilk görüşündə Gürcüstan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Türkiyə təmsilçisi ilə gərgin keçən növbəti görüşü də üstün tamamlayan güləşçimiz yarımfinalda yerli Rumıniya idmançısı ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada hesab və xalların keyfiyyəti bərabər olsa da sonuncu xalı qazanan Nofəl Babayev görüşü qalib başa vurub. Finala yüksələn güləşçimiz həlledici görüşdə Ukrayna idmançısı ilə qarşılaşacaq.

66 kq çəkidə yarışan Sənan Süleymanov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq Serbiya, Ermənistan və Slovakiyadan olan rəqiblərini üstələyən güləşçimiz yarımfinalda Ukrayna təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüşdə hesab bərabər olsa da xalların keyfiyyətinə görə rəqib üstün olub. Sənan Süleymanov bürünc medal uğrunda görüşə çıxacaq.

 

 

84 kq çəkidə mübarizə aparan İslam Abbasov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Yunanıstan, Almaniya və Xorvatiyadan olan rəqiblərindən ümumilikdə 28 xal alan İslam rəqibə cəmi 2 xal verib. Final görüşündə güləşçimizin rəqibi Türkiyə təmsilçisi olacaq.


Final görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

55 kq
1/8 final - Nofəl Babayev - Dato Çxartişvili (GEO) 5:0 (tuşe)
1/4 final - Nofəl Babayev - Ekrem Süleyman Öztürk (TUR) 7:6
1/2 final - Teodor Horatau (ROM) - Nofəl Babayev 6:6*
FİNAL - Jora Abovian (UKR) - Nofəl Babayev

66 kq
1/16 final - Sənan Süleymanov - Aleksa Erski (SRB) 6:2
1/8 final - Sənan Süleymanov - Malxas Amoyan (ARM) 9:6
1/4 final - Leos Drmola (SVK) - Sənan Süleymanov 2:10
1/2 final - Pərviz Nəsibov (UKR) - Sənan Süleymanov 7*:7
Bürünc medal görüşü - Valeriu Toderean (MDA) - Sənan Süleymanov

84 kq 
1/8 final - Efstratios Nikitas (GRE) - İslam Abbasov 0:9
1/4 final - Arian Gueney (GER) - İslam Abbasov 0:8 (84 san.)
1/2 final - İslam Abbasov - İvan Huklek (CRO) 11:2
FİNAL - İslam Abbasov - Ali Cengiz (TUR)

120 kq
1/4 final - Adəm Cəlilov - Nikolay İzmaylov (RUS) 3:8
Təsəlliverici görüş - Artur Vititin (EST) - Adəm Cəlilov 3:0


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar