Güləşçimiz büdrədi
17.05.2017 639 0.0 0

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (59 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünü keçirib.

Məlumata görə, final uğrunda mübarizədə güləşçimiz Qırğızıstan təmsilçisi Zolçubekov Kanybek ilə qarşılaşıb. Gərgin keçən mübarizədə Murad Məmmədov rəqibinə 5:3 hesabı ilə məğlub olaraq finala vəsiqə qazanmaq şansını itirib.

Güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar