Güləşçilərimiz Avropada ikinci oldu (VİDEO)
09.11.2015 767 0.0 0

Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri başa çatıb. Turnirdə hər üç güləş növü üzrə yığma komandalarımız mübarizə aparıb. 

Yarışların üçüncü günündə sərbəst və yunan-Roma güləşi üzrə final görüşləri keçirilib. Hər iki yığma komandamız qrup görüşlərini qələbə ilə başa vurub və finala yüksəlib. Finalda həm sərbəst, həm də yunan-Roma yığmamız Rusiya komandası ilə qarşılaşıb.

Yunan-Roma güləşçilərinin qarşılaşmasında 6:2 hesabı ilə qalib gələn Rusiya turniri ilk sırada tamamlayıb. Azərbaycan yığması isə Avropa Millətlər Kuboku turnirini gümüş medalla başa vurub. 

Sərbəst güləşçilərin qarşılaşmasında hesab 5:3 Rusiya yığmasının xeyrinə başa çatıb. 7 güləşçi ilə mübarizə aparan sərbəst güləş yığmamız da Avropa Millətlər Kuboku turnirinin gümüş medallarına yiyələnib. /anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar