Gülənin ən yaxın adamı türk kəşfiyyatına işləyir?
06.04.2017 811 0.0 0

FETÖ-nun Hərbi Hava Qüvvələrindəki imamı olaraq bilinən Adil Öksüz Milli İstehbarat Təşkilatına (MİT) işləməyib.

Qazeta.info Axar.az -a istinadla xəbər verir ki, bu barədə MİT CHP lideri Kamal Kılıçdaroğlunun iddialarına cavab olaraq məlumat yayıb.

“Adil Öksüz MİT-in terror qruplaşması içərisindəki mənbəyi olmayıb. Onun necə azadlıqda olması məhkəmənin işidir və lazımi araşdırmalar aparılır”, - deyə qurumun bəyanatında bildirilib.

Qeyd edək ki, Kılıçdaroğlu NTV-yə açıqlamasında Öksüzün kəşfiyyata işlədiyini iddia etmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar