Göyçayda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
10.09.2016 655 0.0 0

Göyçay rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Məlumata görə, hadisə ötən gecə saat 01:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 216-cı kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

 

“VAZ 21015” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və eyni istiqamətdə hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobilə arxadan çırpılıb. Sonra “VAZ 21015” markalı avtomobil zərbənin təsirindən yoldan çıxaraq ağaclara çırpılıb və aşıb.

 

Hadisə zamanı avtomobildə olan Göyçayın Kürdəmiş kənd sakini, 1986-cı il təvəllüdlü Usubov Vasif Aydın oğlu, 1996-cı il təvəllüdlü İsayev Kənan Valeh oğlu, Türkmən kənd sakini, 1991-ci il təvəllüdlü Qəhrəmanov Elvin Zahid oğlu və Göyçay şəhər sakini Həşimov Abduləli Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E. Qəhrəmanovun vəziyyəti çox ağır olduğundan o, xəstəxanaya çatdırılan kimi dünyasını dəyişib. Yaralılardan ikisi reanimasiya, biri isə travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda onların vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar