Görün, baş nazirə nə hədiyyə etdilər (FOTO)
12.05.2015 794 0.0 0

"Siyasi həyatımda ilk dəfə hədiyyə qəbul edirəm".

Məlumata görə, bunu Türkiyə baş naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, hədiyyə olunan ayaqqabı onun atasının istehsal etdiyi modelin oxşarı olduğu üçün onu qəbul edib:

Baş nazir Türkiyə Ayaqqabı Sənayeçiləri Dərnəyinin sədri Hüseyn Çetin tərəfindən hədiyyə olunan ayaqqabının mənəvi dəyəri olduğu üçün qəbul etdiyini söyləyib: "Prinsip olaraq hədiyyə qəbul etmirəm. Ancaq bu ayaqqabının mənəvi dəyəri olduğu üçün razılıq verdim".

Qeyd edək ki, Əhməd Davudoğlunun atası ayaqqabı istehsalçısı olub. Baş nazirə hədiyyə olunan ayaqqabı Davudoğlunun atasının xüsusi olaraq istehsal etdiyi ayaqqabı modelinin bənzəri olub.

Türkiyə baş naziri Əhməd Davudoğluya hədiyyə olunan ayaqqabının fotolarını təqdim edirik:/anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar