Gizli rus silahı üzə çıxacaq (VİDEO)
25.04.2015 914 0.0 0

Bu gecə Moskvaya iki yüzdən artıq hərbi texnika gətirilib. 

Məlumata görə, onlar Qələbə paradına məşq üçün gətiriliblər. Yüzlərlə moskvalı yeni texnikaya baxmaq üçün yol kənarına toplaşıb. 

Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib ki, mayın 9-a planlaşdırılan parad Rusiya dövlətinin çağdaş tarixində ən iri miqyaslı tədbir olacaq. Onun sözlərinə görə, paradda 15 mindən çox adam iştirak edəcək. 

Paradda Rusiyanın yeni piyada döyüş maşını (PDM) nümayiş etdiriləcək. “Traktornıe zavodı” konserninin baş direktoru Aleksey Losevin məlumatına görə, yeni rus PDM-i Almaniyanın “Puma” PDM-lərinə bənzəyəcək. O bildirib ki, üzmə qabiliyyətinə görə, rus PDM-i “Puma”nı üstələyir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar