Girov prokuror xilas edildi (VİDEO)
31.03.2015 840 0.0 0

İstanbulda Ədliyyə binasında girov saxlanılan prokuror azad edilib. 

Məlumata görə, "Gəzi Parkı" hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazın azad olunması polis xüsusi əməliyyat keçirib. Terrorçuları zərərsizləşdirən polisin xüsusi təyinatlılarının əməliyyatı zamanı prokurorun da yaralandığı deyilir. 

Əməliyyat zamanı 3 terrorçu öldürülüb.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri prokuroru iş otağında girov götürmüşdü.

Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb./anspress/

 

Bu video Adobe Flash Player'ın son sürümünü gerektirmektedir.

Adobe Flash Player'ın son sürümünü indirin.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar