GİROVLAR MƏKTUB YAZDI
22.01.2015 774 0.0 0

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri Xankəndidə qanunsuz olaraq mühakimə edilən kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib. 

Məlumata görə, bu barədə BQXK-nın İrəvan nümayəndəliyindən məlumat verilib. Görüş yanvarın 16-da baş tutub. Bu sayca səkkizinci başçəkmədir. Görüş zamanı kəlbəcərli girovlara yaxınlarından məktub çatdırılıb və onlardan məktub alınıb. 

Xatırladaq ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ötən ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Onlar Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna yaxınlarının məzarlarını ziyarət etmək üçün keçmişdilər. Ermənilər H.Həsənov qətlə yetiriblər, digərlərinin üzərində isə ötən ilin son aylarında qondarma məhkəmə qurulub. D.Əsgərov oyuncaq məhkəmənin qərarı ilə ömürlük, Şahbaz Quliyev isə 25 il azadlıqdan məhrum edilib.//AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar