Gərgin rəqabət gözlənilən oyun
14.06.2015 695 0.0 0
Doqquz qalibin hər biri Rio 2016 üçün vəsiqə qazanacaq

Rumıniya atıcısı Alin Moldovyanu Olimpiya çempionu ola bilər. Lakin o, ilk Avropa Oyunlarında 10 metrdən hava tüfəngi ilə atəş yarışlarında şanslı olacağına o qədər də inanmır.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Moldovyanu London 2012-də üç qızıl medal qazanan kişi idmançılardan biridir. Əgər o, Bakıda birinci yerə çıxsa, atıcılıq üzrə Avropa Oyunlarının ilk qızılını əldə edən idmançı olacaq. 

Onun rəqibləri arasında Olimpiya gümüş medalçısı Nikolo Kampriani (İtaliya) ilə yanaşı Nazar Luginets (Rusiya) və Vitali Bubnoviç (Belorus) də var. Bu idmançılar 2014-cü il Dünya Çempionatında müvafiq olaraq ikinci və üçüncü yerləri qazanıblar.

Burada təxminən eyni səviyyədə olan 40-60 nəfər idmançı var. Bizim hər birimiz qızıl medal qazana bilərik. Həmçinin, lazımi potensialı olan bir neçə gənc atıcı da var. Onlar istənilən vaxt çox yaxşı atəş aça və birinci yeri tuta bilərlər.-Alin Moldovyanu

Bakıda bu idman növü üzrə kişilər arasında yarışma 16-21 iyun tarixlərində Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

İlk Avropa Oyunlarının qalibi olan idmançılar Olimpiya Oyunlarının yarışlarında iştirak üçün vəsiqə əldə etmiş olacaqlar. Doqquz qalibin hər biri Rio 2016-da iştirak etmək üçün öz Milli Olimpiya Komitələrini xal ilə təmin edirlər.

Kampriani həmçinin digər iki tüfəng ilə atıcılıq yarışında - 50 metrdən tüfəng ilə atəş (uzanaraq) və 50 metrdən tüfəng ilə atəş (üç vəziyyətdə) iştirak edəcək.

Nikolo tüfəngdən atəş açmada üç vəziyyət üzrə Olimpiya çempionudur. Lakin o, iyunun 21-də çox ciddi rəqiblər - gümüş medal qalibi Sergey Kamenski (Rusiya) və Bubnoviçlə üzləşəcək. 

Kamprianinin üstünlüyü odur ki, onun Rio 2016 Olimpiya Oyunlarında iştirakı artıq təmin olunub:

Bu, mənim üçün həqiqətən faydalı mərhələ olacaq. Keçən il mən Rio 2016 üçün vəsiqə almışam. Buna görə də bu il qərara gəldim ki, bəzi yeni materialları və alətləri təcrübədən keçirim. Son bir neçə ay ərzində bir qədər artıq məşq etmişəm və düşünürəm ki nailiyyət əldə edəcəm.-Nikolo Kampriani

İyunun 18-də baş tutacaq 50 metrdən tüfəng ilə atəş (uzanaraq) yarışmasında London 2012-nin üç Olimpiya çempionu -  qızıl medal qalibi Sergey Martınov (Belorus), gümüş medal qalibi Lionel Kox (Belçika) və bürünc medalçı Raymond Debevek (Sloveniya) iştirak edəcəklər. Debevek 1984-cü ildə Olimpiya Oyunlarında səkkizlikdə mübarizə aparıb və Sidney 2000-də qızıl medal qazanıb.

 

Hava tapançası ilə atəş yarışları üçün üç əsas atıcı Bakıya gəlib

 

Hava tapançası ilə atəş üzrə yarışmalar üçün Avropa Atıcılıq Konfederasiyasının müəyyən etdiyi əsas üç atıcı Bakıdadır.

İyunun 17-də keçiriləcək 10 metrdən hava tapançası ilə atəş yarışı Yusef Dikec (Türkiyə), Joao Kosta (Portuqaliya) və Damir Mikeç (Serbiya) kimi idmançıları bir araya toplayacaq. Dikec keçən il Dünya Çempionatlarında ikinci olub və bu üçlüyə Olimpiya Oyunlarının gümüş medal qalibi Luka Teskoni (İtaliya) və bürünc medal qalibi Andriya Zlayik (Serbiya) də qoşulaçaqlar.

Avropa Atıcılıq Konfederasiyasının hesablamalarına görə, 25 metrdən tapança ilə sürətli atəş yarışında Oliver Geys (Almaniya) öz həmvətəni olan Kristian Reitzdən və Roman Bondarekdən (Ukrayna) üstündür. 

 

Avropada N1 atıcı ilk Avropa Oyunlarında

 

Portuqaliyalı Kosta 20 iyun tarixində keçiriləcək 50 metrdən tapança ilə atəş tədbirində favoritlər arasındadır, O, Münhendə keçirilən sonuncu Dünya Kubokunda həm 50 metrdən, həm də 10 metrdən hava tapançası ilə atəş yarışmasının qalibi olub. Serbiyalı Mikeç isə 50 metrdən tapança ilə atəş yarışmasında Avropada N1 elan olunub.

Tüfəng ilə atəş üzrə üç tədbirdə Dünya Çempionatlarının doqquz medalçılarından yeddisi iştirak edəcək və üç Olimpiya medalçısı da onlara qoşulacaq.

Səngər stendi 17 iyun tarixində keçiriləcək, qoşa səngər stendi 19 iyun və dairəvi stend 21 iyun tarixlərində baş tutacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar