Gənclər taekvondoda veteranların yolunu kəsir
16.06.2015 814 0.0 0
Cesus Tortosa Kabrera (ESP) final yarışında Rui Braqanza (POR) ilə görüşəcək

Gənclər Bakı 2015-də kişilərin və qadınların yüngül çəki dərəcəsində taekvando üzrə final yarışlarına veteranların yolunu kəsiblər. 

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, 2014-cü il Gənclərin Olimpiya Oyunlarının bürünc medalçıları 17 yaşlı Cesus Tortosa Kabrera (ESP), kişilər arasında -58 kq çəki dərəcəsində 2014-cü ilin  Avropa Çempionu 23 yaşlı Rui Braqanza ilə görüşəcək.

Qadınların finalında 2015-ci ilin dünya bürüncünün sahibi, 17 yaşlı Ticana Boqdanoviç (SRB) və 19 yaşlı Çarli Maddok (GBR) çıxış edəcək.

Yarımfinalda, Tortosa Kabrera öz uca boyundan istifadə edərək, yuxarı səbətdə yer almış Levent Tuncatı (GER) bürünc medallar uğrunda görüşə yollaya bilib. İspan idmançının 1/4 finalda və ilkin mərhələdə kiçik problemi olub.

 

Həmişə ümid edirdim ki, finala qala biləcəyəm. Mən hər bir görüşə o əminlikə çıxırdım ki, kim olursa olsun, mən öz rəqibimi məğlub edəcəyəm. -Tortosa Kabrera

Braqanza ikin mərhələdən başlayaraq, iştirak etdiyi oyunlarda favorit idi, əlverişli qələbə xalı qazanırdı. O, yarımfinalda dünya gümüşünün sahibi Mohamed Si Ketbiyyə (BEL)  11-4 hesabı ilə qalib gəlib.

"Mən heç vaxt onunla (Tortosa Kabrera) mübarizə aparmamışdım. Final yarışının çox çətin olacağını düşünürəm. O, məndən daha ucaboyludur. Taekvondoda uca boylu idmançılar həmişə üstünlüyə malik olur", - deyə Braqanza bildirib.

Boqdanoviç yüksək reytinqli və Olimpiya bürüncünün sahibi Luçiya Zaninoviçi (CRO) 1/4 finalda məğlub edib. Sonra isə Patimat Abakarovayla (AZE) görüşərək onu əlavə dördüncü raundda qızıl xalla məğlub edib. Abakarova üçüncü raundda irəlidə idi, amma Boqdanoviç hesabı bərabərləşdirdi və oyunu qızıl xala apardı.

Zaninoviç və Romoldanova təsəlliverici görüşdə bürünc medal uğrunda mübarizə aparacaq. 

Olympiya gümüşünün sahibi Briqida Yaque (ESP) birinci raundda bir qədər tanınmış Erika Nikoli (İTA) ilə görüşdə məğlub oldu. İdmançı bunun günahını sürüşkən meydançada gördü. İkinci reytinqə malik olan Yasmina Aziez (FRA) isə 1/4 finala yollandı.

 

 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar