Gəncədə avtomobillə vurulan piyada xəstəxanada ölüb
27.09.2016 501 0.0 0

Gəncədə yol nəqliyyat qəzasında ağır bədən xəsarətləri alana piyada ölüb.

 

APA-nın verdiyi məlumata görə sentyabrın 26-da, axşam saatlarında şəhərin “Poçt”qəsəbəsinə gedən yolda “VAZ2107” markalı avtomobil yolu keçmək istəyən piyada, 1958-ci il təvəllüdlü Vaqif Sadıqovu vurub.

 

Ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılan yaralıya tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

***

 

21:04

 

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

Məlumata görə hadisə şəhərin “Poçt” qəsəbəsinə gedən yolda qeydə alınıb.

 

Hələ ki, markası məlum olmayan avtomobil yolu keçmək istəyən Daşkəsən rayonu, Quşçu kənd sakini, 1958-ci il təvəllüdlü Sadiqov Vaqifi vurub. Sürücü xəsarət alan piyadanı Gəncə şəhər Təcili Tibi Yardım xəstəxanasına aparıb. Kimliyi məlum olmayan piyadanın vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar