G20 sammitinin yekun bəyannaməsi qəbul olunub
29.06.2019 477 0.0 0

Yaponiyanın Osaka şəhərində iki gündür davam edən G20 sammiti başa çatıb.

Qazeta.info “Report”-a istinadla xəbər verir ki, zirvə görüşünün yekununda birgə bəyannamə qəbul olunub. 

Sənəddə dayanıqlı və tarazlı iqtisadi artıma, Ümumdünya Ticarət Təşkilatındakı islahatlara dəstək ifadə olunub, dayanıqlı artım üçün informasiya mübadiləsini razılaşdırılaraq iqlim dəyişikliyinin fəısadları ilə bağlı tədbir görməyin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, növbəti sammitlər 2020-ci ildə Səudiyyə Ərəbistanında, 2021-ci ildə İtaliyada, 2022-ci ildə isə Hindistanda keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar